Valideyn olaraq övladınızın imtahanlara necə hazırlaşdığını, hansı fənlərdə çətinlik çəkdiyini və güclü tərəflərini bilmək ən təbii haqqınızdır. Online Test valideyn panelində hər sınağın nəticəsini faiz və balla görə, zəif mövzuları vaxtında aşkarlaya bilərsiniz.
Övladınız sınağı bitirən kimi balı, düzgün və səhv cavabları dərhal valideyn kabinetinizdə görünür.
Sistem hansı mövzulardan səhvlər edildiyini qruplaşdıraraq dəstəyə ehtiyac olan sahələri sizə aydın göstərir.
Ailə abunəliyi ilə bir neçə övladınızın hesabını vahid valideyn profilinə bağlayaraq hamısını bir yerdən idarə edə bilərsiniz.
Məktəb qiymətlərindən və ya şifahi sözlərdən asılı olmayaraq, standartlaşdırılmış testlərlə real bilik səviyyəsini görün.